AZ

Son 4 ildə TAP üzrə qaz tədarükünün həcmi açıqlanıb

Bakı. Trend:

Son 4 il ərzində Trans-Adriatik boru kəməri (TAP) vasitəsiləümumilikdə 40 milyard kubmetr qaz nəql edilib.

Trend xəbərverir ki, bu barədə Trans-Adriatik boru kəmərinin (TAP) icraçıdirektoru Luka Skyepatti İtaliyanın Enerji Sammitində bildirib.

"Son 4 il ərzində TAP vasitəsilə təxminən 40 milyard kubmetr qaznəql edilib ki, bu da Avropada enerji təhlükəsizliyini,diversifikasiyanı və “təmiz enerji” keçidini əhəmiyyətli dərəcədəartırıb", - o deyib.

Luka Skyepatti vurğulayıb ki, TAP boru kəmərinin keçiricilikqabiliyyətini artırmağa yönəlib, eyni zamanda, daha ekolojicəhətdən təmiz molekulların inteqrasiyası və istismar təsirininminimallaşdırılması ilə dayanıqlı enerji keçidini dəstəkləyir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAPvasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan vəBolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəqlolunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizivasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfəöz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyadatəbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışlaAzərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Seçilən
10
2
az.trend.az

3Mənbələr