AZ

Xuan Pedronun yeni klubu

 Türkiyənin "Fənərbağça" klubundan ayrılan Xuan Pedronun yeni klubu bəlli olub.

90deqiqe.Az xəbər verir ki, tanınmış iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti"  32 yaşlı hücumçunu heyətinə qatıb.

Çempionşip təmsiçlisi braziliyalı futbolçu ilə "1+1" illik müqavilə imzalayıb.

Uzun illər “Kalyari”də çıxış edən Pedro 2022-ci ildə “Fənərbağça” ilə müqavilə imzalayıb.

Pedro ötən mövsümü "Qremio"da keçirib və icarə müqaviləsi başa çatdıqdan sonra "Fənərbağça"ya qayıdıb. "Fənərbaxça" ötən ay Joao Pedro ilə müqavilənin ləğv edildiyini açıqlamışdı.

Karyerası boyunca 452 matçda meydana çıxan Joao Pedro 118 qol vurub, 42 məhsuldar ötürmə edib.

Seçilən
6
90deqiqe.az

1Mənbələr