AZ

Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib

Şuşada 10-cu dəfə keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının açılış mərasimi olub. Sport24.az xəbər verir ki, turnirin açılış mərasimi Şuşa otelində olub.
 
Açılış mərasiminin sonunda Vüqar Həşimov Memorialının baş hakimi Rauf Hacılı şahmatçılara qaydalar barədə məlumat verib. Püşk mərasimi zamanı şahmatçılar xüsusi saatları seçərək sıra nömrələrini müəyyənləşdiriblər.
 
Rapid yarışında 1-ci turda rəmzi olaraq ilk gedişləri Vüqar Həşimovun atası Qasım Həşimov, AŞF rəhbəri Mahir Məmmədov, ikiqat paraolimpiya oyunlarının qalibi, dəfələrlə dünya və Avropa çempionu İlham Zəkiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev edib.
 

Seçilən
9
10
sport24.az

10Mənbələr