AZ

"Lənkəran"da 5-ci amerikalı basketbolçu - RƏSMİ

"Lənkəran" 25 yaşlı amerikalı basketbolçu Filmon Gebriyhiti heyətinə qatıb.

Prosport.Az xəbər verir ki, hücumçu 205 sm boya malikdir.

O, bundan əvvəl ölkəsinin "DePaul Universiti" və "Nozern İlinois Universiti" klublarının formasını geyinib.  Bu Filmonun ilk peşəkar müqaviləsidir.

Qeyd edək ki, cənub təmsilçisi bundan əvvəl 4 amerikalı basketbolçunun keçidini rəsmiləşdirib. Bunlar  Greqori Milton, Ceremi Berrayt, Maykl Rocers və Emanuel Littlsdır.

Seçilən
16
prosport.az

1Mənbələr