AZ

Minifutbol üzrə Azərbaycan çempionatında 2024/2025 mövsümünün püşkü atılıb

Minifutbol üzrə Azərbaycan çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.

90deqiqe.Az-ın məlumatına görə, püşkdən sonra I turda üz-üzə gələcək komandalar müəyyənləşib.

Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) baş katibi Orxan Hüseynov, turnirə qatılacaq komandaların nümayəndələri və digər şəxslər iştirak ediblər.

İlk olaraq AMF-in 2017-ci ildən bu vaxtadək gerçəkləşdirdiyi layihələr haqqında məlumat verilib.

Ardınca ötən mövsümün ən yaxşı futbolçusu açıqlanıb. Bu ada "Birbaşa Bakı"dan Elvin Əlizadə layiq görülüb.

Komandalar və reqlament haqqında məlumat verildikdən sonra 14 kollektivin mübarizə aparacağı və oktyabrın 1-də start götürəcək çempionatın püşkü atılıb.

Qeyd edək ki, Azərbaycan çempionatının oyunları Bakı Tennis Akademiyasında keçiriləcək.

Azərbaycan çempionatı

I tur

“Aznur” - “Çinar Zəngilan”

"Füzuli Altay” - “Zirə”

“Sumqayıt” - “Atəşgah Suraxanı”

“Star Bakı” - “Siyəzən”

“Şamaxı” - “Laçın”

"Birbaşa Bakı” - “Göyçə”

"Galaxy” - “Bakı 145”

Qeyd edək ki, oktyabrın 1-də start veriləcək turnirdə 14 komanda mübarizə aparacaq. Ötən mövsüm "Birbaşa Bakı" ölkə çempionu olub.

Seçilən
2
6
90deqiqe.az

9Mənbələr