AZ

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğununmərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı HərbiProkurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarınıniştirakı ilə milli prokurorluq orqanlarının yaradılmasının 106-cıildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Trend-ə HərbiProkurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mərasim iştirakçıları əvvəlcə Hərbi Prokurorluğuninzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Azərbaycanxalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri düzərəknəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərinehtiramlarını ifadə ediblər.

Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarınıfəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini birdəqiqəlik sükutla anıb, bütün qazilərə şəfa diləyiblər.

Azərbaycan Respublikası baş prokurorunun müavini - AzərbaycanRespublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı XanlarVəliyev prokurorluğun veteranlarını, bütün prokurorluqəməkdaşlarını, o cümlədən mərasim iştirakçılarını 1 oktyabr -prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrikedərək onlara xoş arzularını çatdırıb.

Xanlar Vəliyev bildirib ki, Azərbaycan prokurorluq orqanları 80il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyətgöstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsiilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib,bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz Ulu ÖndərHeydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla 1oktyabr - prokurorluq işçilərinin peşə bayramı gününün təsisedilməsi tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyətorqanları arasında xüsusi yeri olan prokurorluğa dövlətsəviyyəsində göstərilən qayğının ifadəsi və onun roluna rəsmimünasibətin təzahürü olub.

Hərbi prokuror Xanlar Vəliyev Ümummilli Lider Heydər ƏliyevinAzərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətinidövrün tələblərinə uyğun yeni müstəvidə davam etdirən AzərbaycanPrezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdəəldə olunmuş böyük uğurlardan və görülən müstəsna işlərdən,dövlətimizin daha da qüdrətlənməsindən, Vətən müharibəsindəqazanılan möhtəşəm tarixi Qələbədən, dünyada analoqu olmayan uğurluantiterror əməliyyatlarından, xalqımızın maddi və sosial rifahhalının davamlı yaxşılaşdırılmasından bəhs edib. Bildirilib ki,əldə olunan uğurlar müdrik rəhbər, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin dühası, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti,xalqımızın əzmkarlığı və mübarizliyi, sarsılmaz xalq-iqtidarbirliyi sayəsində mümkün olub.

Xanlar Vəliyev vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişafına vəqazanılan ardıcıl uğurlara xalqına və dövlətinə sədaqəti,milli-mənəvi dəyərlərə sadiqliyi, insanpərvərliyi, xeyirxahəməlləri və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnəkolan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehribanxanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verir.

Prokurorluğa, o cümlədən Hərbi Prokurorluğa dövlət səviyyəsindəgöstərilən diqqət və qayğıdan bəhs edən ədliyyə general-leytenantıXanlar Vəliyev bunun işin səmərəliliyini şərtləndirdiyini qeydedib.

Sonda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görəmükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Hərbiprokuror tərəfindən təltiflər, prokurorluğun bir qrup veteranlarınaisə hədiyyələr təqdim olunub.

Hərbi prokuror Xanlar Vəliyev tədbirə yekun vuraraq, HərbiProkurorluq orqanları əməkdaşlarının Prezident İlham Əliyevinrəhbərliyi ilə ölkədə görülən böyük işlərdə və həyata keçirilənməhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini,qanunçuluğun, dövlətçiliyin, ictimai-siyasi sabitliyin qorunması,qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələniəsirgəməyəcəklərini, cinayətkarlığa eləcə də dövlətimizinqüdrətlənməsinə və milli maraqlara xələl gətirə biləcək bütünhallara qarşı barışmaz mövqe tutaraq, üzərilərinə düşən bütünvəzifələri ləyaqətlə yerinə yetirəcəklərini bildirib.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Seçilən
9
18
az.trend.az

10Mənbələr