AZ

TURANın Vaşinqton müxbiri xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blniken BMT-nin mənzil-qərargahından bir neçə məhəllə aralıda yerləşən Lotte New York Palace otelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul edir.

Görüşün əvvəlində açılış nitqi olmayıb.

Görüş bağlı qapılar arxasında keçirilir. Dövlət Departamentinin yaxın saatlarda görüş barəsində açıqlaması gözlənilir.

TURANın daha əvvəl xəbər verdiyi kimi, bu, Blinkenin azərbaycanlı və erməni həmkarları ilə üç aydan az müddətdə ABŞ ərazisində ikinci üçtərəfli görüşü olacaq.

 

Aleks Raufoğlu

Seçilən
10
turan.az

1Mənbələr