AZ

Muzey numizmat alimi online məruzə etmişdir » AzadMedia.az


26 sentyabr 2024-cü ildə Özbəkistan Respublikasının Özbəkistan Dövlət Tarix Muzeyinin təşkil etdiyi elmi seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Özbəkistan və Azərbaycanda tapılmış Yusif ibn Divdadın qızıl dinarları” (Золотые динары Юсифа бин Дивдада, найденные в Узбекистане и Азербайджане) mövzusunda rus dilində online (ZOOM platforması) məruzə etmişdir. 
Elektron təqdimatla müşayiət olunan məruzədə Saci hökmdarı Yusif bin Divdadın (hicri 288 – 315 = 901 - 927) hakimiyyəti dövründə Ərdəbil, Bərdə şəhərlərində zərb edilmiş nadir qızıl dinarlar haqqında ətraflı bəhs edilib. Belə tapıntıların xarici ticarət dövriyyəsindəki əhəmiyyəti, başlıca göstəricilərini açıqlayan məruzəçi həm də orta əsrlərdə inzibatı adlarla zərb edilən qızıl dinarları da vurğulamışdır. İslam numizmatikasını təmsil edən belə sikkələr üzərinə Qurani-Kərimin “Tövbə” və “Rum” surələrindən ayələr, zərbxana, hicri təqvimlə zərb ili, hökmdar adları və titulları həkk edilib.  
Azərbaycan (Naxçıvan) və Özbəkistanda (Səmərqənd) həm tək sayda, həm də dəfinələr halında aşkarlanan belə qızıl sikkələrdən bir ədədi (hicri 293 = 912/913-ci il, Ərdəbil) hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Orta əsrlərin pul dövriyyəsini açıqlayan belə tapıntılar Azərbaycan və Özbəkistan tarixinin ortaq göstəriciləridir.   
Məruzə maraqla dinlənilmiş, suallar cavablandırılmış, gələcək əməkdaşlıqla əlaqədar təkliflər səsləndirilmişdir. 
Seçilən
0
1
azadmedia.az

2Mənbələr