AZ

Corcina: “Ronaldo “Əl-Nəsr”ə keçəcəyini deyəndə çox rahatladım”

“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldonun nigarı Corcina Rodriges portuqal ulduzun “Mançester Yunayted”dən ayrılması haqda danışıb.

Arena.az “Marca” nəşrinə istinadən, Corcinanın Kristianonun bu qərarına qarşılığını təqdim edir:

“Kristiano mənə “Əl-Nəsr”də oynayacağını deyəndə çox rahatladım. Çünki Mançesterdən ayrılmaq istəyirdim”, deyə Corcina bildirib.

Xatırladaq ki, Ronaldo “Mançester Yunayted”in niderlandlı cari baş məşqçisi Erik ten Haqla fikir ayrılığı səbəbindən “qırmızı şeytanlar”ın düşərgəsini tərk etmişdi.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 6 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 70 oyun, 63 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Kristiano Ronaldo futbol tarixində rəsmi oyunlarda 902 qol vurmuş ilk futbolçu ünvanına sahibdir. Ronaldo Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 69, Portuqaliya yığmasında isə 132 qol vurub. Kristiano Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və klublararası dünya çempionatının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
7
arena.az

10Mənbələr