Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü və 27 sentyabr - Anım Günü münasibətilə bəyanat yayıb.Bolgə.TV xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat dərc olunub.Məlumatda nazirliyin sözçüsü Zəki Aktürk Türkiyə ilə Azərbaycanın iki dövlət, bir millət olduğunu diqqətə çatdırıb:"İki dövlət, bir millət" anlayışı ilə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın 20 Sentyabr - Suverenlik Gününü bir daha təbrik edir, qəhrəman Azərbaycan Ordusunun işğal altındakı öz torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən Vətən müharibəsinin dördüncü ildönümü, eləcə də 27 Sentyabr - Şəhidləri Anma Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət və minnətlə, qəhrəman qazilərimizi şükran və hörmətlə yad edirik
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta