AZ

Saatlıda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır – FOTO - VİDEO

Saatlı rayonunda kibercinayətkarlıq hallarının qarşısının alınması məqsədi ilə maarifləndirmə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları kiber üsullardan istifadə edilməklə törədilən cinayətlər barədə sakinlərə ətraflı məlumatlar veriblər. Cinayət əməli törədənlərin qurbanına çevrilməmək üçün şübhəli linklərə keçid etməməyi, şəxsi və bank kartı məlumatlarını digər şəxslərə ötürməməyi bir daha diqqətə çatdırıblar.

Əhalinin sıx olduğu ərazilərdə, bankomat və ödəmə terminallarının ətrafında xəbərdaredici lövhələr yerləşdirilib.

FOTO QALEREYA
Seçilən
8
avtosfer.az

1Mənbələr