AZ

"Coca-Cola" bu növlərini bazardan yığışdırır

"Coca-Cola" iki növünün istehsalını dayandırır.
 7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına görə boykot edilən və satışını azaltmaq məcburiyyətində qalan məşhur içki şirkəti  "Coca-Cola" iki növünün istehsalını dayandıracağını açıqlayıb.
 
Şirkət bazara çıxdıqdan cəmi 7 ay sonra satışı kəskin azalan "Spiced" və "Spiced Zero Sugar"ın istehsalını dayandırdığını açıqlayıb.

Şirkətdən məsələ ilə bağlı verilən açıqlamada bildirilib: "Biz mütəmadi olaraq istehlakçılarımızın zövqünü nəzərdən keçiririk və məhsul çeşidimizi buna uyğun tənzimləyirik".
 
Qeyd edək ki, "Coca-Cola" İsrailin Qəzzaya etdiyi hücumlar səbəbiylə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biridir.
 
7News.Az
Seçilən
5
1
7news.az

2Mənbələr