AZ

Qəzzalı jurnalistin filmi “Emmi” mükafatını alıb

Yayımlandı: 26 Sentyabr 2024 16:49 Təşkilatçılar filmin namizədliyinə etiraz edənlərin ittihamlarını rədd edib “Bu, Qəzzadan Bisandır və mən hələ də sağam” (“It’s Bisan from Gaza and I’m still alive”) adlı səkkiz dəqiqəlik reportaj “Emmi” mükafatının “Xəbərlər və sənədli filmlər” kateqoriyasında qalib olub. Çarxın müəllifi 25 yaşlı Bisan Ovda jurnalist, aktivist və rejissordur. O, “İnstagram” və “TikTok”da İsrail və HƏMAS arasında davam edən müharibə zamanı Qəzzada yaşadığı təcrübələrini bölüşür. “Bu, Qəzzadan Bisandır və mən hələ də sağam” sənədli filmi rejissorun və ailəsinin 2023-cü ilin oktyabrında Beyt Hanundakı evlərini ağır vəziyyətdə tərk edərək “Əl Şifa” xəstəxanasına sığınmasından bəhs edir. Tibbi mərkəzin qarşısındakı müvəqqəti çadırdan reportaj edən Bisan Ovda Qəzzadakı gündəlik həyatın sınaqlarını və sıxıntılarını sənədləşdirir. “Al Jazeera” telekanalının qolu olan “AJ+” tərəfindən istehsal olunan filmin, jurnalistikadakı mühüm təniqdçilərin müsbət rəylərini aldığı bildirilir. “Bu, Qəzzadan Bisandır və mən hələ də sağam” namizədlər siyahısına salındığı üçün narazılıqlar yaranmışdı. Antisemitizmə və İsrailin mədəni boykotlarına qarşı çıxan “Creative Community for” icması Amerika Milli Televiziya İncəsənəti və Elmləri Akademiyasına açıq məktub yazaraq namizədliyə yenidən baxılmasını xahiş edib. Məktub müəllifləri iddia edirdilər ki, Bisan Ovda ABŞ və Avropa İttifaqının terrorçu hesab etdiyi Fələstinin Azadlıq Xalq Cəbhəsi ilə əlaqəsi olub. “The New York Times” yazıb ki, Bisan Ovdanın 2014-2018-ci illər ərzində Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinin tədbirlərində çıxış etdiyini göstərən xəbərlər və fotoşəkillər var. “The Jerusalem Post” isə daha əvvəl yazıb ki, Bisan Ovda sosial şəbəkə hesabında 2023-cü il oktyabrın 7-dən HƏMAS-ın Qəzza zolağında İsrailə qarşı başladığı hərbi əməliyyatdan sonra: “Hər hərəkətə bir reaksiya var. Bu o deməkdir ki, 75 illik işğal və 17 illik mühasirədən sonra nə gözlənilirdi? Bizdən nə gözləyirdilər? Məhbus ailələri susacaqmı?”, – yazıb. “Emmi” təşkilatçıları isə ittihamları rədd ediblər. Amerika Milli Televiziya İncəsənəti və Elmləri Akademiyasının prezidenti və baş direktoru Adam Şarp bildirib ki, namizədlər təcrübəli jurnalistlərin daxil olduğu iki panel tərəfindən seçilib. O əlavə edib ki, Akademiya Ovdanın hazırda Fələstinin Azadlığı üçün Xalq Cəbhəsilə əlaqəsi olduğuna dair heç bir sübut tapmayıb. Hazırda davam edən HƏMAS-İsrail qarşıdurması 2023-cü il oktyabrın 7-də başlayıb. Meydan TV

Seçilən
8
xural.com

1Mənbələr