AZ

Alergik xəstəliklərin sayı getdikcə artır -Professordan XƏBƏRDARLIQ

Qax rayonunda faciəli hadisə baş verib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 1990-cı il təvəllüdlü Şəhla Əliyevanın səhhəti qəfil pisləşib. Boğulduğunu deyən qadın az sonra vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, Ş.Əliyevanın allergiyası olub. Bu səbəbdən onda qəfil boğulma halı yaranıb və tibbi yardım göstərilənədək dünyasını dəyişib.

Hadisəni dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirib ki, alergik xəstəliklərin sayı getdikcə artır:                        

"Bu qida rasionun günü-gündən dəyişməsi, bəzi ərzaq və tərəvəz məhsullarının vaxtından öncə bazara çıxardılması, onların istehsalında, becərilməsində, müxtəlif gübrələrin, parazit əleyhinə dərmanların istifadə edilməsindən qaynaqlanır. Nəticədə alergik fon dəyişir. Bununla yanaşı, bir çox hallarda güclü alergik reaksiyalar baş verir ki,  bronxspazm, xırda bronxların spazmı ölümə gətirib çıxara bilər. Təbii ki, qadının ölümü araşdırılmalıdır. Bundan sonra hadisəyə rəy vermək daha düzgün olar. Fikrimcə, vətəndaşlar ehtiyyatlı olmalıdır. Xüsusən alergiyası olan şəxslər qida və dərman qəbul edərkən diqqətli olsunlar. Xəstəliyin daha da inkişaf etməsinin qarşısını almaq üçün pasiyent allergiya yaradan maddələrlə təmasdan qaçınmalı və simptomların artmasının qarşısını alan bütün şərtlərə əməl etməlidir".
Seçilən
6
sherg.az

1Mənbələr