AZ

Samsung Galaxy S24 FE-ni hər tərəfdən sərgiləyən yeni reklam videosu təqdim edilib

     Samsung şirkəti Galaxy S24 FE smartfonunun təqdimatına hazırlaşır. Şirkət hətta bu smartfonun ABŞ-da ön sifarişinə belə start verib. İndi isə insayderlər Galaxy S24 FE-nin yeni reklam videosunu təqdim ediblər. Təqdim edilmiş videoda smartfonu hər tərəfdən qiymətləndirmək mümkündür. Bununla yanaşı video sayəsində Galaxy S24 FE-nin funksiyaları ilə də tanış olmaq olar. Videoya əsasən bu yeni smartfon Galaxy AI ekosisteminin süni zəka funksiyalarını özündə birləşdirəcək. Onların arasında Live Translate, Photo Assist və Instant Slow-Mo kimi funksiyalar var. Videoda smartfonun satış qiyməti əks olunmasa da, start verilmiş ön sifarişə əsasən onun 128 GB yaddaşa sahib versiyası 650$-a, 256 GB yaddaşa sahib versiyası isə 709$-a satılacaq.

Seçilən
12
technote.az

1Mənbələr