AZ

İsrail Livan və Suriya sərhədinə hava zərbələri endirib

İsrail Livan və Suriya sərhədinə hava zərbələri endirib. Bu barədə İsrail Müdafiə Qüvvələri "Telegram” kanalında məlumat yayıb.
 
Məlumata görə, İsrail "Hizbullah”a silah ötürmək məqsədi daşıdığı iddia edilən Suriya və Livan sərhədindəki infrastrukturu hədəfə alıb. 

İsrail hərbçiləri "Hizbullah”ın Suriya ərazisindən Livana silah keçirmək cəhdlərinə qarşı zərbələr endirməyə davam edəcək.
 
Bir gün əvvəl İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib ki, ölkənin hava qüvvələri Livan boyu Hizbullah şiə hərəkatının 1300 hərbi obyektinə zərbələr endirib. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin reydləri nəticəsində 490-dan çox adam ölüb, 1600-dən çox insan yaralanıb.
 
Aytac Zeynalova
 


www.anews.az
Seçilən
3
anews.az

1Mənbələr