AZ

Sərgidə Azərbaycanın ilk yerli lazer silahı “Fireforce” təqdim olunub

Ölkənin ilk yerli lazer silahı Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Azərsilah Holdinq” tərəfindən istehsal edilib. “Fireforce” adlanan silah bütün yerli hissələri ilə birlikdə azərbaycanlı mühəndislər tərəfindən Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2024) nümayiş etdirilib.

Azərbaycanın ilk yerli istehsal olan lazer silahı “Fireforce” Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2024) nümayiş etdirilib. Yüngül zirehli maşına bir kilometrə qədər məsafədəki hədəfləri vura bilən 900 kiloqramlıq silah quraşdırılıb. Gücü 30 kilovat olan silah quru, hava və dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub.

Azərbaycanın ilk lazer silahı olan "Fireforce"un konstruktoru Valeh Arifzadə silahı 2 ay kimi qısa müddətdə hazırladıqlarını bildirib və əlavə edib:

"Biz onu yüngül zirehli maşına çox asanlıqla quraşdırdıq. Lazer silahları ümumiyyətlə nəmdən təsirlənir. Belə bir problem yoxdur. Hələlik 1 kilometr atış məsafəsi var, ancaq 10 kilometrə çatdırmağı planlaşdırırıq. Zaman keçdikcə silahımızı təkmilləşdirəcəyik. Tamamilə yerli istehsaldır, bütün hissələrini özümüz hazırlamışıq”.

Seçilən
31
21
kommersant.az

10Mənbələr