AZ

ABŞ Ukraynanın müdafiə ehtiyacları üçün əlavə 8 milyard dollar ayıracaq

ABŞ administrasiyası Ukraynanın müdafiə ehtiyacları üçün əlavə 8 milyard dollar ayıracaq. Bu barədə cümə axşamı prezident Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş ərəfəsində bildirib.

Ağ Evin saytındakı məlumatda deyilir ki, 5,5 milyard dollar Pentaqonun arsenallarından Ukraynaya Amerika hərbi texnikasının göndərilməsinə və bu arsenalların yeni texnika ilə doldurulmasına yönəldiləcək.

2,4 milyard dollar isə Kiyevə hərbi texnika, o cümlədən yeni hava hücumundan müdafiə sistemləri ("Patriot" sistemi), həmçinin pilotsuz uçan aparatlar, "hava-yer" raketlərinin göndərilməsinə sərf olunacaq.

Bayden Ukraynanın uzun mənzilli imkanlarını gücləndirmək üçün radiusu 110 kilometrədək  olan JSOW qanadlı aviabombaların tədarükü barədə qərar qəbul edib.

Həmçinin vəsait Ukraynanın hərbi sənayesinin möhkəmləndirilməsinə yönəldiləcək.

Bundan əlavə, Bayden ukraynalı pilotların F-16 qırıcılarında uçuşlara hazırlığının genişləndirilməsi barədə göstəriş verib. Gələn il proqramda əlavə 18 pilot iştirak edəcək.

Seçilən
1
turan.az

1Mənbələr