AZ

Gürcüstan Prezidenti xaricdə yaşayan gürcüləri seçkilərdə fəal iştirak etməyə çağırıb

Yayımlandı: 26 Sentyabr 2024 16:24 Partiyaların siyahısında azərbaycanlılar da var Gürcüstan Prezidenti Salome Zurabişvili videomüraciət edərək xaricdə yaşayan gürcüləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırıb. Prezident vurğulayıb ki, oktyabrın 26-da keçiriləcək seçkilər həlledicidir, ona görə də bu seçkilərdə diasporun iştirakı vacibdir. “Sizə, diaspora üzvlərinə, həmvətənlərimə müraciət edirəm. Sizə demək istəyirəm ki, Gürcüstanın sabahkı gələcəyi sizin əlinizdədir, mənim əlimdədir, bizim əlimizdədir. Biz qərar verməliyik ki, Gürcüstan həqiqətən müstəqil, avropalı, azad və demokratik ölkə, yoxsa qeyri-müəyyən keçmişə, Rusiyaya və onun təsirinə qayıdıb, yəqin ki, sizin və övladlarınızın gəlməyəcəyi, qayıtmayacağı və qayıtmaq istəməyəcəyiniz bir yer olacaq”. Sentyabrın 26-sı parlament seçkilərində qeydiyyatdan keçmiş siyasi birliklər tərəfindən partiya siyahılarının təqdim edilməsi üçün son gündür. Komissiya xatırladır ki, deputatlığa namizədlərin qeydə alınması üçün MSK-ya ərizə təqdim etdikdən sonra ikinci gündən gec olmayaraq, Seçki Məcəlləsi ilə müəyyən edilmiş vəzifəli şəxslər tutduqları vəzifədən istefa verməlidirlər. Oktyabrın 26-da keçiriləcək seçkilərdə iştirak etmək üçün 25 partiya qeydiyyatdan keçib. “Gürcü Arzusu” Partiyasının sentyabrın 25-də açıqlanan siyahısında azərbaycanlı namizədlər Zaur Darğalı və Savalan Mirzoyevin də adı var. Bu gün axşam saat 18.00-a qədər digər partiyalar da namizədlərin adlarını açıqlamalıdırlar. “Dəyişiklik naminə koalisiya”sından Oqtay Kazımovun, “Güclü Gürcüstan” koalisiyasından isə Aqil Mustafayevin namizəd olacağı gözlənilir. Vahid Milli Hərəkat Partiyasından isə müxtəlif azərbaycanlıların adları çəkilsə də, Ceyhun Məhəmmədlinin namizəd olacağı iddia edilir. Meydan TV

Seçilən
11
xural.com

1Mənbələr