AZ

Azərbaycanda 2 klub fəaliyyətini dayandırdı - SON DƏQİQƏ

Azərbaycanda minifutbol üzrə 2 komanda dağılıb.

Prosport.Az-ın xəbərinə görə, bunlar ötən mövsümün bürünc mükafatçısı "Real Bakı" və "İnter" klublarıdır.

"Real Bakı"nın rəhbəri Elnur Məcidov böyük futbolda "Xankəndi"ni yaratdığı üçün minifutbola pul ayırmaqdan imtina edib.

Ötən mövsüm veteran futbolçulardan qurulmuş "İnter" isə artıq fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycan çempionatında 12 komanda mübarizə aparacaq. Bunlar "Birbaşa Bakı”, “Göyçə”, “Zirə”, “Laçın”, “Aznur”, “Galaxy”, “Sumqayıt”, “Siyəzən”, “Suraxanı”, “Çinar Zəngilan”, “Şamaxı”, "Füzuli Altay”, “Bakı 145” və “Star Bakı” kollektivləridir.

Seçilən
14
prosport.az

1Mənbələr