AZ

Azərbaycan və İsrail arasında atıcı silahlar sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

İsrail və Azərbaycan arasında əməkdaşlıq, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlıq artmaqda davam edir. Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X platformasındakı hesabında yazıb.

«Bu gün AS Holdings və onun törəmə şirkəti Ari Arms — NATO standartı üzrə yüngül silahların istehsalı üzrə ixtisaslaşmış beynəlxalq şirkət —Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yanında “Azersilah” dövlət şirkətilə qarşılıqlı anlaşma haqqında strateji memorandum imzalayıb.

Bu dəyərli tərəfdaşlıq ölkələri yaxınlaşdırır, birgə inkişafa və müstəqilliyin, milli təhlükəsizliyin möhkəmləndirilməsi üzrə birgə səylərə töhfə verir", - səfir yazıb.

Qeyd edək ki, sənəd Bakıda keçirilən ADEX Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində imzalanıb.

Seçilən
6
turan.az

1Mənbələr