AZ

Qoşulmama Hərəkatı dövründə Afrika ölkələri ilə sıx əməkdaşlıq yaranıb - Nazir

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox Afrika ölkəsi, o cümlədən Anqola ilə əməkdaşlıq imkanları qurub. Bunu xarici işlər naziri Ceyhun Bayramov Anqola Respublikasının xarici işlər naziri Tete Antonio ilə görüşü zamanı deyib. 

O bildirib ki, Afrika ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin tərkib hissəsi olub. 
 
Yanvarda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov  Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib.
 
Qoşulmama hərəkatı ilk dəfə 1955-ci il İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında təsis edilib. Bu konfransdan 6 il sonra, 1-6 sentyabr 1961-ci il keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. 
 
Hərəkatın daimi mənzil qərargahı yoxdur Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır.
 
Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
 
Azərbaycan bu təşkilata ilk dəfə 2011-ci ildə üzv seçilib.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
6
anews.az

1Mənbələr