AZ

"Rusiyanın nüvə doktrinasındakı yenilikləri Qərbə yeni siqnaldır" - Kreml

\"Rusiyanın nüvə doktrinasındakı yenilikləri Qərbə yeni siqnaldır\".

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
 
Rusiyanın nüvə silahı arsenalını genişləndirməyi planlaşdırmadığını bildirən Peskov Təhlükəsizlik Şurasının iclasında bu məsələnin müzakirə olunmadığına diqqət çəkib.

\"Hazırda bizim nüvə triadası nüvə probleminin qarşısının alınmasının mütləq təminatçısıdır”, - deyə Peskov vurğulayıb.
 
Yenilənmiş sənəddə dəyişikliklərin edildiyini bildirən Peskov bu sənədin Rusiyanın nüvə doktrinasını təşkil edən sənədlərdən biri olduğunu xatırladıb.
 
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarının yenilənməsini müzakirə edib.
  
Mikayıl
Seçilən
6
azxeber.com

1Mənbələr