AZ

Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını yenidən genişləndirərək daha iki şirkət və qazın nəqli üçün nəzərdə tutulan beş gəmini siyahıya əlavə edib.Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə siyahının yenilənmiş variantı Böyük Britaniyanın Maliyyə Nazirliyinin saytında dərc olunub.Sanksiyalar “Ocean Speedstar” və “White Fox Ship Management FZCO” idarəedici şirkətlərinə tətbiq edilib. Məhdudiyyətlərin şamil olunduğu gəmilər arasında “Asya Energy”, “Pioneer”, “North Sky”, “SCF La Perouse” və “Nova Energy” var.Havar Şəfiyeva

Seçilən
10
5
elchi.az

7Mənbələr