Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə "Green Finance Conference" keçirilib
Sentyabrın 24-ü
Yelo Bank-ın maliyyə tərəfdaşlığı və AmCham Azərbaycanın təşkilatçılığı ilə
keçirilən "Green Finance Conference" tədbiri uğurla yekunlaşıb. COP29
ərəfəsində və "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maliyyə
sektorunun gündəmində olan mövzuların müzakirə edildiyi konfransa yerli və beynəlxalq
ekspertlər qatılıb.
Konfransın əsas
məqsədi yerli perspektivləri qlobal təcrübə ilə əlaqələndirmək, davamlı maliyyə,
yaşıl investisiyalar üzrə fikir mübadiləsi aparmaq olub. Konfransın açılış
nitqində AmCham Azərbaycan-ın prezidenti Dəyanət Sədullayev, Mərkəzi Bankın baş
direktoru Şahin Mahmudzadə, AmCham-ın Bank, Maliyyə, Sığorta komitəsinin rəhbəri
və Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova çıxış edib. Onlar
öz çıxışlarında davamlı maliyyə prinsiplərinin Azərbaycanın iqtisadi və maliyyə
sahəsinə inteqrasiyasının vacibliyini xatırladaraq, konfransın bu missiyada
rolunu vurğulayıblar. Konfrans "Davamlı bazar imkanları”, "Davamlı maliyyə məhsulları”,
"Yaşıl maliyyə investisiyaları və infrastruktur” mövzularını əhatə edən 3
paneldən ibarət olub.
Dünya Bankının
Azərbaycan üzrə meneceri Stefani Stallmeister-in moderatorluğu ilə keçirilən
birinci paneldə Masdar Azerbaijan-ın direktoru Murad Sadıqov, Azerbaijan Green
Energy Company-nin maliyyə direktoru və İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva,
Rabobank Braziliyanın Davamlılıq şöbəsinin rəhbəri Taciano Custodio, Garanti
BBVA-nın Davamlı maliyyə departamentinin rəhbəri İrem Barzilay iştirak edib.
S.Stallmeister öz çıxışında Azərbaycanın İqlim və İnkişaf Hesabatını təqdim edərək,
ölkənin iqlim məqsədlərinə çatmaqda irəliləyişini vurğulayıb.
İkinci panel
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Dayanıqlı Maliyyə mütəxəssisi Leyla Hüseynlinin moderatorluğu altında IFC-nin Əməliyyatlar üzrə
mütəxəssisi Kirilo Muxomedzyanov, Visa-nın Azərbaycanda baş direktoru və
regional meneceri Nurlan Hacıyev, Bank of Georgia-nın ESG & Davamlılıq şöbəsinin
rəhbəri Ana Osadze və Unibank İdarə Heyətinin Sədri Fərid Abuşovun iştirakı ilə
keçirildi. Onlar yaşıl portfelin inkişafı, yaşıl və mavi istiqrazlar, eləcə də
yaşıl hesablama üsulları haqqında öz təcrübələrini bölüşdülər.
Unicapital-ın
baş direktoru Vüqar Namazovun moderatorluq etdiyi üçüncü panelin əsas mövzusu
isə yaşıl maliyyə investisiyaları və infrastrukturuna həsr olunub. Burada
texnologiyadan səmərəli istifadədən başlayaraq, yaşıl yuyulmanın qarşısının
alınmasınadək bir çox gündəmdə olan mühüm məsələlər müzakirə edilib. Paneldə
Astana Yaşıl Maliyyə Mərkəzinin (AIFC) sədri Manas Gizhduaniyev, Unibank-ın
Dayanıqlı İnkişaf üzrə meneceri Səmra Talışinskaya-Abbasova, IFC-in ESG üzrə məsləhətçi
qrup rəhbəri Boris Janjalia və Bakı Fond Birjasının İdarə Heyətinin sədri
Ruslan Xəlilov iştirak ediblər.
Yelo Bank bu
kimi tədbirlərdə fəal iştirakı ilə ölkənin aşağı karbonlu, dayanıqlı
iqtisadiyyata keçidini dəstəkləyir. Bu fəaliyyət çərçivəsində hazırda Bank-da
davam edən "Yaşıl Əmanət" aksiyası üzrə oktyabrın 31-dək Yelo-da əmanət
hesabı açan müştərilərin adına ağac əkilir. Gəlir qazanmaq, eyni zamanda doğma
Bakımızın daha da yaşıllaşması üçün siz də Yelo Bank-da əmanət yerləşdirə bilərsiniz: https://bit.ly/3AZlic7
Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
www.anews.az