AZ

Şəhidlər və qazilər qürur mənbəyimizdir ŞƏRH

Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxmış bir sıra vacib günlər var. Artıq o günlərin sıralarına daha 2 gün əlavə olundu. 20 sentyabr- Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü, 27 sentyabr – Anım günü, 8 noyabr- Zəfər günü. Əvvələr bu günlər sıradan adi bir gün idi. İndi isə o günləri biz qürurla qeyd edirik. Qürurla qeyd edirik ona görə ki, zaman-zaman şəhidlərimiz əkdikləri azadlıq toxumu 2020-ci ildə cücərdi. Azadlıq toxumunu öz qanları ilə cücərdən şəhidlərimiz də, sağlamlığını itirən igid qazilərimizi də unutmadıq. UNUTAMAYCAYIQ! Məhz 27 sentyabrda öldü var döndü yoxdur andi verildi və bu and yerinə yetirildi. I-ci Qarabağ və II-ci Qarabağ müharibəsində, aprel döyüşlərində, Tovuz döyüşlərində, 2023-cü ilin sentryabrında baş vermiş erməni təxribatın qarşısını alarkən qəhramancasına şəhid olmuş igid əsgərlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Onların qəhramanlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Qələbəyə görə həm şəhidlərimizə həm qazılərimizə borcluyuq.

Böyük Zəfərəgedən yol 1993-cü ildə müasir siyasətimizin lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başladı. Məhz peşəkar ordu quruculuğunun əsası 1993-cü ildə qoyuldu və ordu quruculuğuna elmi prinsiplə yanaşıldı, orduda siyasiləşməyə son qoyuldu. 1995-ci ildə atəşkəs elan olunsa da mərfun düşmən öz əməlindən əl çəkmirdi. Dəfələrlə atəşkəsi pozub, dinc əhalini qətlə yetiriblər. Nə qədər səbr etsək də, sülh yolu ilə bu müharibəni bitirmək istəsək də, Tovuz hadisələri bu səbrə son qoydu. Nəhayyət, 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi basqına cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsinə başlamışdır. Məhz 27 sentyabrda öldü var döndü yoxdur andı verildi və bu and yerinə yetirildi.Bu müharibədə tək vuruşan əsgər və zabitlərimiz olmayıb, bu müharibədə yaralılarımızı həyata qaytaran həkimlərimiz də vuruşub, arxa cəbhədə çalışan mülki insanlarımız da vuruşub, eyni zamanda informasiya müharıbəsi aparılıb. Xalqımız əsl birlik və həmrəylik nümayiş eledi. Təbii ki, müharibəyə başlayanda Cənab Prezidentimiz İlham Əliyev öz xalqına, öz ordusuna arxalanmışdır. Və xalq da ordu da hər zaman prezidentimizin yanında olduğunu və sona kimi olacağına göstərdi. Yumruq olub düşmənə sarsıdıcı zərbələr endirdik. Bəli, bu zərbələrə dözməyən düşmən təxribatlara əl atdı. Günahsız mülki insanları hədəfə aldılar. Cəbhə xəttindən uzaqda yerləşən qədim Gəncə, strateji obyektlər yerləşən Mingəçevir və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Qəbələ, Xızı və başqa rayonlarının yaşayış obyektləri artilleriya və ballistik raketlərlə atəşə tutmağa başladılar. Buna baxmayaraq biz yenə də öz yolumuzdan dönmədik, bizi heçnə qorxutmadı. Çünki bizim tutduğumuz yol haqq-ədalət yolu idi.

İkinci Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız şəhid əsgər-zabit qardaşlarımızın canı-qanı, qazılərimizin sağlamlığı bahasına azad edilib. Odu ki, biz tarixi unudmamalıyıq, unudmamalıyıq ki, bu hərbi təcavüzləri bir daha yaşamaya, bu torpaqlarımızı biz göz bəbəyi kimi qorumalıyıq, qorumalıyıq ki, bir daha analarımızın gözü yaşlı qalmasın. Qorumalıyıq! Yoxsa şəhidlərimizin ruhu bizi bağışlamaz. Bir əsgərin inamla, qətiyyətlə dediyi bir fikir: “Da­ha heç bir işğalçı dövlət Azərbaycanın torpaqlarına göz dikə bilməz. Hamısı Azərbaycan Ordusu­nun gücünü, qüdrətini gördü...”.

Cənab prezidentimiz İlham Əliyev demişdi: "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan əra­zi­sin­­də ikin­ci erməni dövlətinin yaranmasına imkan verməz". Bəli, prezidentimiz bu sözləri inamla demişdir, çünki bilirdi ki, Azərbaycan xalqı ona güvənərək düşmənə qarşı birlik nümayiş elətdirib mübarizəyə qalxacaq. Azərbaycan xalqı prezidentimizə inanaraq arxasınca getdi və qələbə çaldı. Ermənistan “ordusu” Azərbay­ca­nın ərazilərinə dəfələrlə hücumlar edirdi, xəbərdarlıqlara baxmayaraq. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını alırdı. 2016-cı ilin aprelində Lələtəpə, 2018-ci il Günnüt, 2020-ci il iyul ayında Tovuz döyüşləri. Düşmən Azərbaycan xalqın qüdrətinə inanmırdı. Sonda məğlub oldu.

Ali baş komandan, cənab prezidentimiz İlham Əliyev Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”. Vətən müharibəsində qazandığımız Zəfər dünyanın apa­rı­cı dövlətlərinin diqqət mər­kə­zindədir: “Tə­sadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, İkin­ci Qarabağ müharibəsi öyrənilir”. Azərbaycanın Vətən müharibəsi dünyada öyrənilir.

Herdər Əliyev fondun prezidenti Ölkəmizin birinci vitse prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondu tərəfindən ölkəmizin hər bir sahəsinə böyük dəstək və diqqət göstərilir. Mehriban xanım Əliyevanın zəhməti əvəz olunmazdı. Müharibə bitdikdən sonra möhtəram cənab prezidentimizn fərmanına əsasən dekabr ayın 8-də Yaşat fondu yaradıldı. Həm Yaşat fondu həm Heydər Əliyev fondu bu gün şəhid ailə üzvlərinə, qazilərimizə, əsgərlərimizə, zabitlərimizə, böyük diqqət və qayğı göstərir.Mehriban xanım Əliyeva: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.

Bu cür müharibəni aparmış bir ölkənin bu sürətlə bərpa işlərinə start verilməsi inanılmazdır. İşğaldan azad olunmuş ərazilərdə nə qədər bərpa işləri aparılır, hava limanların tikilməsi, yolların bərpası, qidroelektrik stansiyaların tikilməsi. Bu işləri turizmlə, iqtisadiyyatla bağlayırlar, bunların daha böyük stateji əhəmiyyəti var, orda olan bərpa işləri təkcə iqtisadi cəhətdən deyil, təkcə insanların ora qayıdış məsələsi deyil, bu beynəlxalq aləmdə Azərbaycanın mövqeyini gücləndirən addımlardır.

Şuşada “Xarı bülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri, Milli Musiqi Günü, IX Qlobal Bakı Festivalı keçirilməsi Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı Zəfərin nəticəsidir.

Sentyabrda keçirilən anti-terror əməliyyatı xalqın milli birliyinin dir daha dünyaya sübüt etdi və Azərbaycan dövlətini zirvələrə ucaltdı. Bir daha sübüt olundu ki, milli düşüncə tərzinin formalaşmasına heç bir qüvvə maneə ola bilməz. Artıq işğal sözünü deməyəcəyik. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.

Şəhislərimizin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Nə qədər Azərbaycan xalqı var Vətən uğrunda canından keçən şəhidlər ürəyimizdə yaşayacaq.

Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Yaşasın müstəqil Azərbaycan dövləti!

Yaşasın Ali baş komandan İlham Əliyev!

Şəhla Xəlilova

YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrəərazi partiya təşkilatının sədri

Seçilən
7
sesqazeti.az

1Mənbələr