AZ

FHN-in əməkdaşı ağır qəza törətdi, öldü. Bu yaxınlarda toyu olacaqdı

Sentyabrın 24-ü saat 19 radələrində Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Ağcabədi-Ağdam yolunun Poladlı kəndindən keçən hissəsində Şükürzadə Mahir İldırım oğlunun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə “Tofaş” toqquşub.

Nəticədə hər iki sürücü və “Tofaş”da olan 2 sərnişin – İsmət Mehdiyev və Xəlil Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Mahir Şükürzadə yerləşdiyi Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb.

Bildirilir ki, qəzada həlak olan M.Şükürzadə FHN-in yerli şöbəsində çalışırmış. Hadisə günü onun nənəsinin yas mərasimi keçirilib. Daha sonra işə qayıdan Mahirə babasının səhhətində problem olduğu bildirilib və o, babasını müayinə etmək üçün həkim gətirməyə gedib. Bu zaman yol hərəkəti qaydalarını pozan Mahir Şükürzadə ağır qəzaya səbəb olub və həyatını itirib.

“Unikal”ın məlumatına görə, M.Şükürzadə nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Nənəsi vəfat etdiyi üçün toy təxirə salınıbmış.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
0
6
buta.media

7Mənbələr