AZ

"Bir uğurlu nəticə hər şeyi dəyişəcək" - "Kəpəz"in yeni transferi

“Azərbaycanda qaldığım, Gəncəyə gəldiyim üçün xoşbəxtəm. “Kəpəz” ölkənizdə ənənəvi, köklü klubdur”.

Prosport.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni transfer Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Braziliyalı hücumçu Gəncədə onu yaxşı qarşıladıqlarını bildirib: “Mənə qarşı münasibət xoşdur. Eləcə də digər futbolçulara qarşı klubda səmimi ab-havanı hiss edirəm. Bir neçə gündür ki, komanda ilə birlikdə məşqlərə çıxıram. Artıq çalışmaq vaxtıdır. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram”.

Forvard əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini vurğulayıb. Bunun üçün mübarizəyə hazır olduğunu söyləyib: “Hücum xəttində məşqçilərin seçim etmək imkanı var. Mən də özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Fiziki vəziyyətimi yaxşılaşdırmaq üçün çalışıram. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. Bura “Kəpəz”ə kömək etməyə gəlmişəm”.

Paçu komandanın düşdüyü vəziyyətdən çıxarmaq üçün hamının səfərbər olduğunu da əlavə edib: “Hamımız bir olmalıyıq ki, bu durumdan çıxa bilək. Komandada birlik var. Vəziyyəti yaxşılaşdırmaq biz futbolçulardan asılıdır. Bunun üçün çox çalışacağıq. Bir uğurlu nəticə hər şeyi dəyişəcək”.

Seçilən
7
16
prosport.az

10Mənbələr