AZ

Fazil Qasımovun anası ədalətə inamını itirib, Allahdan kömək istəyir

İqtisadçı Fazil Qasımov əsassız cinayət təqibinə etiraz edərək 105 gündür həbsdə aclıq edir.  Yaxınları gənc alimin taleyindən narahatdırlar. İqtisadçının anası Tahirə Qasımova bəyanatla çıxış edib.

O qeyd edib ki,  qanuna, ədalətə, qaydaya, hüquqa inamım qalmayıb  və Allahdan kömək istəyir.

Ana 1993-cü ildə Kəlbəcər rayonundan kökçün düşdüklərini, övladlarını əziyyətlə böyütdüyünü bildirir. 

Çətin maddi vəziyyətə baxmayaraq, Fazil yaxşı oxuyub və yüksək balla universitetə daxil olub. Bəyanatda ana oğlunun günahsız olmasından, məruz qaldığı ağır işgəncələrdən bəhs edir.

Qeyd edək ki, hazırda Fazil Qasımovun işi məhkəmə istintaqı mərhələsindədir.  Növbəti məhkəmə iclası oktyabrın 10-da olacaq.

* Bakı 1 saylı İstintaq Təcridxanasının sanitar-tibb şöbəsində saxlanılan Fazil Qasımov aclıq səbəbindən vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar iyulun 26-da Penitensiar Xidmətin sanatoriyasına köçürülüb.

O 8 avqust 2023-cü ildə İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Azərbaycanda onu tanınmış iqtisadçısı və hökumətin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham ediblər.  Lakin hazırda Fazil Qasımovun cinayət işinə Qubad İbadoğlunun cinayət işindən ayrı baxılır.

Seçilən
3
turan.az

1Mənbələr