AZ

Ramin Məmmədov: İdeoloji təxribatların qarşısının alınmasında din xadimlərinin üzərinə mühüm vəzifələr düşür

Gənclərin milli ruhda tərbiyəsi, Azərbaycana yönələn ideoloji təxribatların qarşısının alınmasında din xadimlərinin üzərinə mühüm vəzifələr düşür.

"Operativ Media" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağcabədi şəhər "Cümə", Ağcabədi rayonu Salmanbəyli kənd "Heydər" məscidlərini, Bərdə şəhər "İmamzadə" ziyarətgahı və Bərdə türbəsini ziyarəti zamanı diqqətə çatdırıb.

Din xadimləri ilə görüşdə Ramin Məmmədov ölkəmizdə dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına həssas münasibət göstərildiyini qeyd edib.

O, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin səmərəli nəticələrini vurğulayaraq, bu siyasətin müasir dövrün tələbləri və çağırışlarına uyğun olaraq, daha da inkişaf etdirildiyini bildirib.

Din xadimləri isə görüşdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın himayəsi ilə Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, təbliği sahəsində atılan addımlardan məmnunluqlarını dilə gətiriblər

Seçilən
3
2
operativmedia.az

3Mənbələr