AZ

ABŞ Ermənistana 250 milyon dollar qrant ayıracaq

Ermənistan hökuməti sentyabrın 26-da keçirilən iclasda ABŞ ilə sentyabrın 10-da imzalanmış inkişaf əməkdaşlığı qrant sazişinə bir nömrəli düzəlişi təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bu dəyişikliyə görə, ABŞ-nin Ermənistana göstərdiyi yardımın ümumi məbləği 130 milyon dollar artaraq, 250 milyon dollara çatdıracaq.

Fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələr üçün əlavə maliyyə ayırmaları planlaşdırılır.

Qeyd edək ki, Ermənistan hökuməti 1992-ci ildən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlıq edir. 

"Cebheinfo.az"

Seçilən
5
7
cebheinfo.az

8Mənbələr