AZ

Keçmiş məcburi köçkünlərin birinci qrupu Cəbrayıla qayıdır

Cəbrayıldan olan məcburi köçkünlərin birinci qrupu bu gün Bakının Qaradağ rayonundan bərpa olunmuş Cəbrayıl şəhərinə yola salınıb.

Birinci mərhələdə daimi yaşayış yerinə əvvəllər yataqxanalarda, inzibati binalarda, yarımçıq obyektlərdə və digər yerlərdə yaşayan 26 ailə (117 nəfər) qaytarılır, Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Xatırladaq ki, Cəbrayıl rayon mərkəzi və Azərbaycanın cənub-qərbində eyniadlı rayon 1993-cü ildə erməni qoşunları tərəfindən işğal edilmişdi. Cəbrayıl 2020-ci ilin oktyabrına - şiddətli döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən  azad edilənə qədər işğal altında qalıb.

Bu rayon uğrunda döyüşlər zamanı ermənilər canlı qüvvə və texnika üzrə ən ağır itkilərə məruz qaldılar ki, bu da İkinci Qarabağ Müharibəsində köklü dönüş nöqtəsi oldu.

Seçilən
5
turan.az

1Mənbələr