AZ

Polis əməkdaşından fədakarlıq nümunəsi

Bu gün səhər saatlarında Nəsimi rayonu 4-cü mikrorayon Hüseyn Seyidzadə 28 ünvanında yerləşən yaşayış binasının yuxarı mərtəbəsində yanğın hadisəsi baş verib.Təsadüf nəticəsində hadisə yerində olarkən vətəndaşların bir polis əməkdaşı haqqında məmnunluqla danışması diqqətimizi cəlb etdi.Söhbət əsnasında məlum oldu ki,yanğın baş verərkən ərazidə xidmət aparan polis əməkdaşı sözün həqiqi mənasında fədakarlıq nümayiş etdirib.Bələ ki,yanğını vaxtında müşahidə edən polis əməkdaşı çeviklik göstərərək Yanğından Mühafizə İdarəsinə zəng edib.Yanğının səhər saatlarında,vətəndaşların böyük hissəsinin mənzillərində olduğun zaman baş verdiyini nəzərə alsaq təhlükənin hansı səviyyədə olduğunu təsəvvür etmək o qədər də çətin deyil.Kritik anda qəti qərar verən polis əməkdaşı yanğınsöndürənlər hadisə yerinə gələnə qədər binaya daxil olaraq, mənzillərdəki vətəndaşları bir-bir xəbərdar edərək küçəyə çıxmalarını təmin edib.Bunun ardınca,binanın həyətinə təxliyyə edilmiş insanlarla profilaktik söhbətlər apararaq narahatçılığa əsas olmadığını və yanğının nəzarətə götürülərək söndürüldüyünü bildirib.Xatırladaq ki,Təcili Yardım maşının hadisə yerinə cəlb olunmasında da polis əməkdaşının fəallığı müşahidə olunub.Qısa araşdırmalardan sonra məlum oldu ki,adıçəkilən polis əməkdaşı Çevik Polis Alayının serjantı Telman Şabanovdur.Polis əməkdaşının fövqəladə hallarda sərgilədiyi davranışların əhali tərəfindən rəğbətlə qarşılanması təqdirəlayiq halldır,vətəndaşlarımızın Azərbaycan Polisinə inam və etibarının bariz nümunəsidir.

Seçilən
9
adekvat.az

1Mənbələr