AZ

Bayramovla Mirzoyanın görüş vaxtı açıqlandı

ABŞ Dövlət Departamenti bu gün Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçiriləcək görüşün saatını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, görüş Bakı vaxtı ilə 18:15-də baş tutacaq. 

Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.

Seçilən
16
6
qafqazinfo.az

9Mənbələr