AZ

Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır

Bərdədə atanın 4 yaşlı qızını şiddət göstərməsi məsələsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Bərdə rayon sakini Ülviyyə Cəfərli azyaşlı qızının keçmiş həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib.

Araşdırma zamanı izahatlar alınmaqla müvafiq ekspertiza təyin olunub.

Hazırda Bərdə RPŞ-də təhqiqat davam etdirilir.

Bərdədə atanın 4 yaşlı qızına spirtli içki içirərək görüntülərini sosial şəbəkələrdə paylaşdığı iddia olunur.

Bununla yanaşı, qızı ilə paylaşdığı şəklinin altına "Tezliklə ata-bala bir məzarda yatacağıq" sözlərini yazıb.

Real TV-yə müraciət edən çarəsiz ana bildirib ki, keçmiş həyat yoldaşı ilə 2018-ci ildə ailə həyata qurub. 2019-cu ildə isə bir qız övladları doğulub. 2020-ci ildə maddi problemlər səbəbindən boşanıblar. Məhkəmə qərarı ilə 4 yaşlı qızlarının anada qalmasına, həftəsonları isə atası ilə görüşməsinə qərar verilib. Bütün problemlər isə ata ilə qızının görüşlərindən sonra başlayıb.

Belə ki, keçmiş həyat yoldaşı ona zəng edərək "aparım qızı Qarabağ kanalına atım ölsün?", - deyə anaya hədə-qorxu gəlib.

Azyaşlının atası Anar Hüseynov isə məsələ ilə bağlı iddiaları təkzib edib.

Ətraflı süjetdə:

Mənbə: oxu.az

Seçilən
10
11
oxu.az

10Mənbələr