AZ

Futzal üzrə Avropa çempionatı Moldovada keçiriləcək

19 yaşadək futzalçılar arasında final mərhələsi 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

UEFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, yarışa Moldova ev sahibliyi edəcək. Oyunlar gələn il sentyabrın 28-dən oktyabrın 5-dək “Kişinyov Arena”da keçiriləcək.

Sayca 4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının tarixləri də açıqlanıb. Oktyabrın 31-də seçmə mərhələlərin püşkü atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri isə 25-30 martda keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın U-19 yığması mübarizəyə indiyə qədər əsas mərhələdən başlayıb. Komandaların yeni mövsümə hansı raunddan başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.

Seçilən
1
11
cbcsport.az

10Mənbələr