AZ

Yol qəzasında həlak olan 5 nəfər torpağa tapşırılıb VİDEO

Ötən gün Biləsuvarda toy karvanında qəzaya düşərək dünyasını dəyişən 5 nəfər bu gün torpağa tapşırılıb.

Xezerxeber.az-ın məlumatına görə, qəzada ölənlərin 3 nəfəri Cəlilabadın Göytəpə qəbiristanlığında basdırılıb. İki nəfər isə digər kənddə torpağa tapşırılıb.

Xatırladaq ki, ağır qəza dünən Bəhramtəpə-Biləsuvar yolunun Biləsuvardan keçən hissəsində baş verib. Yük maşınına çırpılan avtomobilin sürücüsü - 30 yaşlı Pərviz Hüseynov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 33 yaşlı Xoşbəxt Hüseynova, 69 yaşlı Mehriban İsmayılova, 34 yaşlı Aidə Hüseynova və  29 yaşlı Vasif  İsayev dünyasını dəyişib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
6
xezerxeber.az

1Mənbələr