AZ

Faciəli şəkildə ölən hərbçilərin fotoları

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda baş vermiş ağır qəzada ikisi hərbçi olmaqla 5 nəfər həlak olub.

Vəfat edən hərbçilər - Cəlilabad rayonundan olan 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu Vətən müharibəsi iştirakçıları olub.

Qeyd edək ki, toy karvanında yer alan "VAZ" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində toya gedən 5 nəfər ölüb. Onlardan biri dünən toyu planlaşdırılan bəyin bacısı, digərləri isə yaxın qohumu olub.

Faciəvi şəkildə ölən hərbçilərin fotosunu təqdim edirik: / qafqazinfo

Fotoda Pərviz Hüseynov

Fotoda Vasif İsayev

Seçilən
30
30
show.az

10Mənbələr