AZ

Yol polisi toy karvanlarında iştirak edən sürücülərə xəbərdarlıq etdi

Image

Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında avtomobillərlə törədilən kobud qayda pozuntuları ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bu barədə idarənin mətbuat xidmətindən bildirilib.

“Təəssüf ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq. Ötən gün toy karvanına yetişmək üçün tələsən sürücünün “VAZ” markalı avtomobillə sərt döngədə idarəetməni itirərək yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər yaxın qohum eyni vaxtda həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə, bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər.

Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır” ,- deyə xəbərdarlıqda bildirilib.

NAMİQ





Seçilən
16
39
baki-xeber.com

10Mənbələr