AZ

Muzey Mərkəzində "Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi" adlı sərginin açılışı keçırıləcək

Bakı. Trend:

26 sentyabr 2024-cü il tarixində saat 18:00-da Muzey MərkəzininSərgi Qalereyasında "Azərbaycan rəssamlarının abstrakt incəsənəttəcrübəsi"adlı sərginin açılışı keçırıləcəkdir. Tədbir AzərbaycanRəssamlar İttifaqının təşkilatçılığı, Azərbaycan RespublikasıMədəniyyət Nazirliyi və Muzey Mərkəzinin dəstəyi ilə baştutacaqdır.

Trend xəbər verir ki, XX-XXI əsrlər Azərbaycan müasir incəsənətibir neçə böyük istiqamət üzrə təmsil olunur. İlk növbədə, bu, TahirSalahov, Mikayıl Abdullayev və bir çox digər ustalarınyaradıcılığında əksini tapan sosialist realizmidir. Digər mühümistiqamət Tofiq Cavadov, Rasim Babayev və onların həmfikirlərininəsərlərində özünü göstərən “Abşeron məktəbi”dir. Üçüncü istiqamətisə, Qorxmaz Əfəndiyev, Əşrəf Murad, Cavad Mircavadov və digərnonkonformistlərin yaradıcılığında təcəssüm olunan avangard(qeyri-rəsmi incəsənət) cərəyanıdır. Bu istiqamətlər sənətşünaslarvə ekspertlər tərəfindən geniş şəkildə öyrənilib və təsviredilib.

Bununla yanaşı, müasir Azərbaycan incəsənətinin əhəmiyyətli birsahəsi və mühüm istiqaməti hələ tam araşdırılmayıb – bu, müasirabstrakt incəsənətdir. Uzun illərdir bu istiqamətdə məhsuldarşəkildə fəaliyyət göstərən rəssam Fərhad Xəlilovun yaradıcılığınabaxmayaraq, o cümlədən onun ötən il “YARAT” mərkəzində keçirilmişmöhtəşəm sərgisinə baxmayaraq, ümumilikdə Azərbaycanda abstraksiyanisbətən az öyrənilib. Bu səbəbdən Azərbaycan Rəssamlar İttifaqıyerli abstrakt incəsənəti üzrə sərgilər silsiləsinə (bu sərgininnümunəsində olduğu kimi) başlamaq və eyni zamanda, sənətşünaslararasında bu istiqamətdə tədqiqatların aparılması təşəbbüsü iləçıxış edir.

Müasir abstraksiya Azərbaycanda avanqard fenomeni olaraq qəbulolunsa da, onun kökləri ənənəvi mədəniyyətimizdə dərin izlərburaxıb – xüsusilə, qədim xalça sənətində abstrakt həndəsielementlər və naxışlar öz əksini tapıb. Xalçaların, palazların vəkilimlərin quruluşu abstrakt həndəsi fiqurlara əsaslanır ki, bu da,Azərbaycan xalqı öz mədəniyyət matriksində artıq çoxdan abstraktdüşüncəni və abstrakt vizual formalar yaratma təcrübəsinidaşıdığını sübut edir.
Diqqətəlayiqdir ki, yaradıcılığı tamamilə abstraksiyaya həsrolunmuş rəssamlar – Mir-Nadir Zeynalov və Hüseyn Haqverdi iləyanaşı, başqa üslublarda çalışan, lakin abstrakt incəsənətsahəsində eksperimentlər aparan müəlliflər də mövcuddur. SərgidəKamal Əhməd, Gennadi Brijatyuk və Ucal Haqverdiyev kimisənətkarların işləri nümayiş olunur, hansı ki, onların yaradıcılıqaxtarışlarında abstraksiya elementləri müşahidə olunur.

Sərgidə həmçinin xalça formaları və ənənəvi miniatür sənətininmüasir interpretasiyasının sintezi də nümayiş olunur, bu işlərElçin Aslanov və Ramiz Aslanov tərəfindən yaradılıb.

Bu sərgi abstrakt incəsənət sahəsində həm sənət təcrübəsinin,həm də sənətşünaslıq nəzəriyyəsinin inkişafına mühüm bir impulsverəcək, bu sahənin imkanlarını genişləndirəcək. Tamaşaçıları yenikəşflər və Azərbaycan abstrakt incəsənətinin növbəti sərgilərigözləyir.

Ekspozisiyanın iş saatları: 27 – 30 sentyabr, 10.00-dan18.00-dək (giriş sərbəstdir)

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 49, Muzey Mərkəzi (4-cümərtəbə)

Tel.: 99412 493 58 83, +99450 273 21 80

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az

Seçilən
7
4
az.trend.az

5Mənbələr