AZ

Masallıda intihar hadisəsi

Masallı rayonunda kişi həyatına son qoyub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə sentyabrın 24-ü gecə saatlarında rayonun Şərəfə kəndindəki evlərdən birində baş verib.

Belə ki, kənd sakini 33 yaşlı Seymur Həsənov həyatına qəsd edib. Daha sonra ailə üzvləri tərəfindən onun üzərindən məktub aşkarlanıb.

Məlumata görə, mərhumun bir müddət öncə nişanı qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
8
2
cebheinfo.az

10Mənbələr