AZ

Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib

Bərdədə

Bərdə, 25 sentyabr, AZƏRTAC

Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Mirzəxanlı kəndində qeydə alınıb. Gecə saatlarında Malik Əsgərovun təsərrüfatına hücum edən yırtıcı bir baş at balasını parçalayıb, bir baş atı isə yaralayıb. Bundan sonra qoyun sürüsünə hücum edən canavar təsərüfat sahibləri tərəfindən uzaqlaşdırılıb.

Seçilən
2
14
azertag.az

10Mənbələr