AZ

Kristiano Ronaldo: “Mən müstəsna futbolçu və yaxşı insanam”

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo özünü futbol dünyasında səciyyələndirən məqam haqda söhbət açıb.

Arena.az məlumat verir ki, portuqal ulduz bu barədə özünün şəxsi “YouTube” kanalında danışıb:

“Mən müstəsna oyunçu və həyatda yaxşı insanam. Mənim üçün bu, ən vacib məqamdır.

Düzünü desəm, heç vaxt indi olduğum kəs olacağımı düşünməmişdim. Həmişə peşəkar futbolçu olacağıma inanırdım. Amma qalan xüsuslara – yox. Mənim bütün həyatım bir sınaqdır. Böyük şəhərdə yaşamaq üçün 11 yaşımda evi tərk etdim. Odur ki, mənim üçün bu, asandır. Madeyranı Lissabona, Lissabonu İngiltərəyə, İngiltərəni İtaliyaya dəyişirəm… Mənim üçün bu çətin deyil, bu, mənim həyatımın bir hissəsidir, bu, mənim müstəsnalığımdır. Mən müvafiq həyata öyrəncəliyəm”, deyə “Kriş” açıqlayıb.

Kristiano Ronaldo futbol tarixində rəsmi oyunlarda 902 qol vurmuş ilk futbolçu ünvanına sahibdir. Ronaldo Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 69, Portuqaliya yığmasında isə 132 qol vurub. Kristiano Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və klublararası dünya çempionatının ən sərrast qolçusudur.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 6 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 70 oyun, 63 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
11
7
arena.az

10Mənbələr