AZ

Bayden Kobaxidzenin adını siyahıdan silib

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Administrasiyası Prezident Co Baydenin Nyu-Yorkda ənənəvi olaraq keçirdiyi qəbulla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə göndərilmiş dəvəti ləğv edib. Bu barədə "Amerikanın səsi" radiostasniyası məlumat verib.

BMT-nin Baş Assambleyasında iştirak eləmək üçün Nyu-York şəhərinə getmiş dünya liderləri ənənəvi olaraq ABŞ Prezidenti tərəfindən qəbula dəvət edilirlər. Qəbul bu gün, sentyabrın 25-də keçiriləcək.

Kobxidzenin adının prezidentin qonaqları siyahısından çıxarılması barəsində informasiya Bayde administrasiyasının təmsilçisi və Konqressdəki mənbə tərəfindən təsdiqlənib.

Bundan başqa, ABŞ administrasiyası Gürcüstanın Baş naziri və nümayəndə heyəti ilə bütün görüşlərdən imtina edib. Kobaxidze ilə görüşdən imtian edənlər arasında Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da var.

"Amerikanın səsi"nin məlumatına görə, ABŞ-ın Gürcüstandan "inciməsinin" əsas səbəblərindən biri "xarici agentlər" barəsində qanunun qəbul edilməsidir. 

Hürr Tərcüman

 

Seçilən
11
2
hurriyyet.az

3Mənbələr