Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev Xaçmaz şəhərində yerləşən obyektini satıb.
"Kanal14.az" "7Times.az”a istinadən xəbər verir ki,Xaçmaz şəhərinin giriş hissəsində,Xaçmaz-Xudat yolunun sağ kənarında yerləşən 3 mərtəbəli həmin iaşə obyektinin tikili altında olan ümumi ərazisi 1000 kv/metr-dən çoxdur.Uzun müddət ”Şimal MALL”ticarət mərkəzi adı altında fəaliyyət göstərən obyektin 1 milyon manata satıldığı bildirilir.
Obyekt "MEQASTORİ” mağazalar şəbəkəsinə satılıb və yaxın günlərdə həmin ərazidə sözügedən mağazalar şəbəkəsinin növbəti mağaza filialı fəaliyyətə başlayacaq.
Qeyd edək ki,həmin obyekt Şəmsəddin Xanbabayevin Xaçmaz RİH-nin başçısı olduğu dövrdə inşa edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta