AZ

İranda Trampın həyatı üçün təhlükə var?

 

ABŞ-nin keçmiş prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp deyib ki, İran onun həyatı üçün ciddi təhlükə yaradır.Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsində bildirib.“İran mənim həyatım üçün ciddi təhlükədir. Bütün ABŞ ordusu izləyir və gözləyir. İran artıq uğursuz addımlar atıb, amma yenidən cəhd edəcək. Vəziyyət heç kim üçün ürəkaçan deyil. Ətrafımda heç vaxt görmədiyim qədər çox insan və silah var”, – deyə o qeyd edib.Bundan əlavə, Tramp Konqresə onun təhlükəsizliyi üçün məxfi xidmət tərəfindən yekdilliklə əlavə maliyyə ayırdığına görə təşəkkür edib.Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
9
1
missiya.az

2Mənbələr