AZ

Yüksək vəzifəli məmur vəfat etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" ("Azərsu") publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Fəriş oğlu Həsənov dünən gecə saatlarında vəfat edib.Missiya.Az xəbər verir ki, "Azərsu"nun Vətəndaş müraciətlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Musaoğlu öz "Facebook" hesabında paylaşım edib.O bildirib ki, K. Həsənov Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memosial Şişli xəstəxanasında dünyasını dəyişib.Xatırladaq ki, "Azərsu" publik hüquqi şəxsin İdarə Heyətinin sədri 10 noyabr 1961-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olub.Allah rəhmət eləsin!

Zərintac MayisqızıMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr