AZ

Ərdoğan ABŞ-də Zelenski ilə görüşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Oxu.Az-ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən məlumat verilib.
Məlumata görə, görüş Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfəri çərçivəsində baş tutub.
Ərdoğan və Zelenski arasında görüş Nyu-Yorkdakı Türk Evində mətbuata qapalı şəkildə keçirilib.
Görüş zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsinin gedişatı və sülhün əldə edilməsi ilə bağlı göstərilən səylər, regional və qlobal məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin əvvəldən Ukrayna-Rusiya müharibəsinin Ukraynanın ərazi bütövlüyü və suverenliyi qorunaraq dialoq yolu ilə sona çatdırıla biləcəyinə inandığını və bu məqsədə nail olunması üçün səylərini davam etdirdiyini bildirib.
Ərdoğan Türkiyənin ədalətli və davamlı sülhün əldə edilməsi üçün vasitəçilik də daxil olmaqla, hər cür asanlaşdırıcı addımlar atmağa hazır olduğunu, Qara Dəniz Taxıl Təşəbbüsünün aktivləşdirilməsi, Ukrayna və Rusiya arasında sülhün qapısını aça biləcək atəşkəsin təmin edilməsi üçün səy göstərilməsinə davam ediləcəyini vurğulayıb.
Görüşdən sonra Zelenski Türkiyə xarici işlər naziri Hakan Fidanın müşayiəti ilə Türk Evindən yola salınıb və mətbuat mənsublarının suallarını cavablandırmadan oradan ayrılıb.
Seçilən
9
50
oxu.az

10Mənbələr