AZ

Türkiyə mətbuatı: 25 sentyabr 2024

''Star'': Rəcəb Tayyib Ərdoğan: ''Qəzza soyqırımının qarşısını almaq üçün nəyi gözləyirsiniz?”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasından dünyaya müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Fələstində uşaqların oxumağa, yaşamağa, küçədə oynamağa haqqı yoxdurmu? Qəzza soyqırımının qarşısını almaq, bu zülm və barbarlığa “dur” demək üçün nəyi gözləyirsiniz?”. Beynəlxalq media qurumlarına da müraciət edən Türkiyə Prezidenti deyib: ''İsrailin canlı yayımda qətlə yetirdiyi, ofisinə basqın edilən jurnalistlər sizin həmkarlarınız deyilmi?

''Sabah'': Rəcəb Tayyib Ərdoğan: ''Həmas müqavimət hərəkatıdır''

İsrailin Qəzzada törətdiyi qətliamlara diqqət çəkən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Həmas-ı terror təşkilatı hesab etmirəm. Çünki Həmas torpaqlarını qorumaq üçün mübarizə aparan  müqavimət hərəkatıdır".

''Yeni Şafak'': Rəcəb Tayyib Ərdoğan: ''İsraili dayandırmaq üçün məcburi tədbirlər görülməlidir''

BMT Baş Assambleyasında dünya liderlərinə müraciət edən Prezident Rəcəb Tayyib Ərdoğan tarixi bir çağırış edərək, Qəzzada soyqırımın dayandırılması üçün İsrailə qarşı məcburi tədbirlərin görülməsini tələb edib.

''Haber Türk'': Türkiyəyə gələn turistlərin sayında artım müşahidə olunub

Avqust ayında Türkiyəyə 6 milyon 825 min 403 xarici ziyarətçi gəlib. Ötən ilin eyni ayına görə yüzdə 2,47 artım oldu. 8 aylıq dövrdə ziyarətçi sayı yüzdə 7,11 artaraq 35 milyon 803 min 874 nəfərə çatıb.

''Vatan'': Adanada “Teknofest'' həyəcanı Ayaşanır

Aviasiya, Kosmos və Texnologiya Festivalı (TEKNOFEST) 2-6 oktyabr tarixləri arasında Adana Hava Limanında keçiriləcək. Festivala  1 milyon 500 mindən çox adamın qatılması gözlənilir. 



Seçilən
0
trt.net.tr

1Mənbələr