AZ

Tramp İranın sui-qəsd iddiaları ilə bağlı: "Bütün ABŞ ordusu gözləyir"

ABŞ-nin Respublikaçılar Partiyasından yenidən prezidentliyə namizəd olan Donald Tramp iyulda ona edilən sui-qəsdlə bağlı ABŞ kəşfiyyat rəsmiləri ilə görüşüb. 

"Cebheinfo.az" xəbər verir ki, görüşdən sonra Tramp İranın ona sui-qəsd edəcəyi iddialarından xəbərdar olduğunu bildirib:

"İranın ki, mənim həyatım üçün əsas təhdidlərindən xəbərim var. 

Bütün ABŞ ordusu bunu izləyir və gözləyir. İran tərəfindən heç bir nəticə verməyən addımlar atıldı, amma yenə cəhd edəcəklər.

Lakin bu dəfə ətrafımda məni qoruyacaq daha çox mühafizə sistemi, indiyə qədər görmədiyim silah və texnika var". 

Xatırladaq ki, Tramp iyul ayında seçki mitinqində sağ qulağından yaralanıb. Trampa qarşı sui-qəsd cəhdi keçmiş prezidentin kifayət qədər yaxşı müdafiə olunmaması ilə bağlı suallar doğurub.

Seçilən
5
5
cebheinfo.az

6Mənbələr